25 yaşlı oğlan işlədiyi bağda öldü
Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib. Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyindən ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərh verin