İranda zəlzələ oldu

Bu gün İranda yerli vaxtla saat 07:43-də İranın qərbində yerləşən Lorestan vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Milli.Az Trend -ə istinadən bildirir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ vilayətin Kuhdəşt rayonunda 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ baş verən rayona vəziyyətin dəyərləndirilməsi üçün qüvvələr cəlb olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Milli.Az