Azərbaycanın iki güləşçisi Rusiyada medal qazandı
Azərbaycanın iki sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş turnirdə bürünc medal qazanıb. Bu barədə Milli.Az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Əli Əliyevin xatirə turnirində Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq, bürünc mükafata sahib çıxıblar. Milli.Az

Şərh verin