Bu fakültə Şuşaya köçürülür
Qarabağ Universitetinin İncəsənət və turizm fakültəsi Şuşaya köçürüləcək. “Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir: “Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar”. A.Kərimov həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisinin nəzərdə tutulduğunu əlavə edib.

Şərh verin