“EuroHome”un sahibinin daha bir obyekti yandı

Novxanıda “AF Hotel & Aqua Park ” kompleksində yerləşən hoteldə yanğın baş verib. “Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki,  hotel “AF Holdinq Şirkətlər Qrupu”nun sahibi, iş adamı Azay Möhnətova məxsusdur. A.Möhnətov, eyni zamanda “EuroHome” tikinti materialları, “Uğur-97” şirkətlərinin də sahibidir. Xatırladaq ki, 2020-ci ildə “EuroHome” tikinti materialları bazarında da güclü yanğın hadisəsi olmuşdu.