“Yeraltı”nın mövsüm finalında o da olacaq

Türkiyənin məşhur serialı “Yeraltı”da mövsüm finalına qonaq aktyor qatılacaq. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, həmin aktyor “Kardeşlerim” serialı ilə məşhurlaşan Eren Ören olacaq. O, “Azize”nin oğlu “Cihan” obrazını canlandıracaq. Qeyd edək ki, “Yeraltı” mayın 20-si mövsüm finalına çıxacaq.