Bu gün Avropa Liqasının qalibi bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq. “Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək. İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək. Avropa Liqası Final 23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə) İstanbul. “Beşiktaş Park” Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.