UEFA Azərbaycan yığmasının üzvünü ağır cəzalandırdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın qadınlardan ibarət U-19 millisinin yarımmüdafiəçisi Aysu Əsədovanı 3 oyunluq cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun Gürcüstana qarşı keçirilən matçda rəqib oyunçuya hücum etməsidir. Aprelin 17-də baş tutan oyunda A.Əsədova həmin hərəkətinə görə qırmızı vərəqə almışdı.