Bakı-Tbilisi qatarına bilet bu qiymətə olacaq — Rəsmi

Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Bildirilib ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır: - Bakı-Tbilisi: 81 AZN-dən; - Yevlax-Tbilisi: 67 AZN-dən; - Gəncə-Tbilisi: 62 AZN-dən; - Ağstafa-Tbilisi: 57 AZN-dən; -⁠ Böyük Kəsik-Qardabani: 51 AZN-dən. Bakı-Tbilisi-Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək. Xatırladaq ki, ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.