Premyer Liqa klubu onunla vidalaşır
Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə "Araz-Naxçıvan"dan ayrılacaq. Milli.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu ilə müddəti bitəcək müqavilə uzadılmayacaq. Bəxtiyar 2024-cü ildən "Araz-Naxçıvan"da çıxış edir. O, bu mövsüm çempionatda 24 oyunda forma geyinib. Həsənalızadə Azərbaycan millisində 4 oyun keçirib. "Araz-Naxçıvan" Misli Premyer Liqasında sona bir tur qalmış 43 xalla altıncı sıradadır. (Futbolpress.az) Milli.Az

Şərh verin