Bu ərazilərdə qaz kəsiləcək

Sabah Bakının bir hissəsində qaz olmayacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilir ki, Suraxanı rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaraçuxur və Günəşli qəsəbələrində bəzi ərazilərin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.