“Aston Villa” Avropa Liqasının çempionu oldu — Video-Yenilənib

Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq. “Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək. İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək. Avropa Liqası Final 23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə) İstanbul. “Beşiktaş Park” Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub. *** Matç başladı. *** Yuri Tilemans 41-ci dəqiqədə hesabı açır. *** Emiliano Buendia 45+3-cü dəqiqədə hesab arasındakı fərqi artırır. *** Fasilə. *** İkinci hissə başladı. *** Morqan Rocers 59-cu dəqiqədə hesabı 3:0 edir. *** Matç “Aston Villa”nın 3:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da onlar tarixlərində ilk dəfə UEFA Avropa Liqasının qalibi olurlar. Birminhem təmsiliçisi son dəfə Avropa səhnəsində 44 il öncə – 1982-ci ildə UEFA Çempionlar Kubokunun (indiki Çempionlar Liqası – red.) çempionu olmuşdu.