Göyçayda ağır qəza, xəsarət alan var — Video

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 219-cu kilometirliyində qeydə alınıb. Hadisə zamanı “Mercedes” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Nəticədə, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Habil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev