Ülviyyə tarix yazdı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir. Milli.Az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək U15 Avropa çempionu olub. Beləliklə, Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb. Milli.Az