Acunun komandası İngilətərə Premyer Liqasına yüksəldi

Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. Milli.Az-ın məlumatına görə, komanda pley-offun finalında "Midlsbro"nu məğlub etməklə buna nail olub. Qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 90+5-ci dəqiqədə Oliver Makberni fərqlənib. Xatırladaq ki, daha əvvəl "Koventri Siti" və "İpsviç" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib. Milli.Az