Binanın qarşısında meyiti tapıldı — İçki aludəçisi imiş

Gəncədə yaşayış binalarının birinin qarşısında meyit tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Azər Cəfərovun meyiti binanın blokunda aşkar edilib. Mərhumun spirtli içki alüdəçisi olduğu bildirilir. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb. Yunis Quliyev