Bərdədə maşın su arxına düşdü — Ölən və xəsarət alan var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı su arxına düşüb. Qəza zamanı sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Pəri Həsənova isə hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı