Vətən Müharibəsi qazisi vəfat etdi

Vətən Müharibəsi qazisi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 31 yaşlı Şamo İbadov xəstəlikdən ölüb. Qeyd edək ki, idmançı, qaydasız döyüş növü üzrə məşqçi- müəllim olan İbadov Şamo İsrafil oğlu Lerikin Anbu kəndindəndir. O, Vətən Müharibəsində könüllü olaraq döyüşlərə qatılmış, müharibədən sonra da xidmətini davam etdirib. Surxay Şahbazov