Bulvarda itkin düşən azyaşlının yaxınları tapıldı

Dünən axşam Dənizkənarı Milli Park ərazisində itkin düşən azyaşlı qızın yaxınları tapılıb. “Qafqazinfo” xəbər verir ki, gəzinti gəmisinin yaxınlığında tapılan azyaşlı qızın valideynləri DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Dəniz Vağzalı Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Azyaşlı qız ailəsinə təhvil verilib.