İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Milli.Az-ın məlumatına görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. "Mercedes" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin