Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 08:40-da qeydə alınan zəlzələnin maqnitudası 3,4 təşkil edib. Yeraltı təkanların ocağı 30 kilometr dərinlikdə yerləşib.