16 yaşlı oğlanı maşınla vurdu — Fotolar
Yevlaxda ağır yol-nəliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə şəhərin Nizami prospektində qeydə alınıb. 1989-cu il təvəllüdlü Süleymanov İslam idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən 2010-cu il təvəllüdlü piyada Qarayev Sahibi vurub. Yaralı şəxs Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, sürücü İ.Süleymanov rayonda stomatoloq kimi fəaliyyət göstərir. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı

Şərh verin