SOCAR-a yeni mətbuat katibi təyin EDİLDİ
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib. Milli.Az xəbər verir ki, SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb. E.Sevdimalıyev uzun illər müxtəlif media qurumlarında, o cümlədən "Trend"də fəaliyyət göstərib. Xatırladaq ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu. Qeyd edək ki, təyinatla bağlı ilk məlumatı anews.az yayıb. Milli.Az

Şərh verin