“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Premyer Liqada çıxış etmək uğrunda pley-off matçının hakim təyinatları açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. "Qəbələ" ilə "Mingəçevir" arasında keçiriləcək görüş FİFA referisi Tural Qurbanova tapşırılıb. 28 may (cümə axşamı) 18:30.“Qəbələ” – “Mingəçevir” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov VAR: Rəvan Həmzəzadə AVAR: Teymur Teymurov “SOCAR Polymer Arena”

Şərh verin