Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 26-sı gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.