Azərbaycanı Avropa kubokunda onlar təmsil edəcəklər
Mayın 30-31-də Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 11 çəki dərəcəsində 26 cüdoçu (16 oğlan, 10 qız) ilə təmsil olunacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli; qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər. Beynəlxalq turnirdə 34 ölkədən 676 idmançı (420 oğlan, 256 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq. Heyəti təqdim edirik: Oğlanlar 60 kq Ayxan Mirzəzadə 66 kq Nihad Məmişov Məhəmməd Musayev Sadiq İsgəndərli 73 kq Mehdi Cəfərov Əbil Yusubov Səlim Sultanov 81 kq Cəsur İbadlı Mehdi Abbasov Roman Qarayev 90 kq Aslan Kotsoyev Əli Qazıməmmədov Süleyman Şükürov 100 kq Davud Namazlı Canpolad Əliyev +100 kq Ramazan Əhmədov Qızlar 48 kq Nərgiz Əhmədova Gülşən Hüseynova 52 kq Çinarə Sadıqova Aysun Məmmədova Nuranə Hacızadə Fəridə Mirzəyeva 57 kq Xədicə Qədəşova Aytən Verdiyeva 63 kq Nilgün Rzayeva Ayan Əliyeva

Şərh verin