Bu məhkəmələrə yeni sədr və hakimlər təyin edildi — Siyahı
Prezident İlham Əliyev apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, apellyasiya məhkəmələri üzrə: Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri ağır cinayətlər məhkəmələri üzrə: Rəşad Şəmşir oğlu Əliyev - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri Rafail Əyyub oğlu Əliyev - Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Fikrət Cilingir oğlu Hüseynov - Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Zaur Arif oğlu Hacıyev - Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Günel Kamil qızı Səmədova - Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Ramiz oğlu Tağıyev - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi hərbi məhkəmələr üzrə: Taleh Məhəmmədəli oğlu Mustafayev - Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi kommersiya məhkəmələri üzrə: Gündüz Əhməd oğlu Şirinov - Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri Bakı şəhərinin rayon məhkəmələri üzrə: Vahid Nəriman oğlu Sadıqov - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri rayon (şəhər) məhkəmələri üzrə: Tərlan Vaqif oğlu Nüsrətov - Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri Şəhriyar İbrahim oğlu Əliyev - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri Nural Turab oğlu Əliyev - Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Şərh verin