Ağdaşda maşın piyadanı vurub öldürdü
Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil 1939-cu il təvəllüdlü piyada Xaspoladov Qırımxan Yaqub oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./unikal.az Milli.Az

Şərh verin