İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Milli.Az xəbər verir ki, məktubda deyilir: "Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram". Milli.Az