OYU-nun tələbəsi qəzada öldü

Odlar Yurdu Universitetinin tələbəsi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu haqda OYU-nun sosial şəbəkə hesablarında məlumat verilib. Bildirilib ki, “İqtisadiyyat və idarəetmə” fakültəsinin Maliyyə ixtisası üzrə 566M2 qrup tələbəsi Qasımov Mirsəid Asif oğlu avtomobil qəzasında dünyasını dəyişib.