“ABŞ gələn həftə Kubaya hücum planlaşdırır”

“ABŞ Kubaya hücum planlaşdırır”. “Qafqazinfo” xəbər verir ki, bunu Puerto-Rikonun qubernatoru Cennifer Qonsales yerli mediaya açıqlamasında deyib. O, ABŞ-nin Kubaya qarşı mümkün hərbi əməliyyat hazırlığında olduğunu söyləyib. Qonsales bildirib ki, ABŞ ordusunun yaxın günlərdə Kubaya hücum planı var: “Gələn həftə Kubaya hücum planlaşdırılır”. Qubrnator həmçinin qeyd edib ki, daha əvvəl Venesuelaya mümkün müdaxilə üçün Puerto-Riko ərazisindən istifadə olunub. O, ABŞ-nin hazırda Çin, Rusiya və İrana qarşı yeni “soyuq müharibə” siyasəti yürütdüyünü də bildirib. Qeyd edək ki, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-ni beynəlxalq sülhü və təhlükəsizliyi təhdid etməkdə ittiham edib. O, BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Kubaya qarşı mümkün hərbi əməliyyat əmri verən şəxslər tarixə “müharibə cinayətkarları” kimi düşə bilər.