Məscidlərdə bayram namazı qılındı - Yenilənib - FOTO

Qurban bayramı münasibətilə mayın 27-də Bakının məscidlərində bayram namazı qılınıb. Milli.Az xəbər verir ki, Təzəpir məscidində təşkil olunan bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə imamətlik edib. Mərasimdə din xadimləri, paytaxt sakinləri iştirak ediblər. Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunub, xalqımıza firavanlıq, birlik, ruzi-bərəkət, dünyamıza sülh və əmin-amanlıq arzulanıb. Qurban bayramı münasibətilə namazlar təkcə paytaxtda deyil, respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən məscidlərdə də qılınıb. xxx Azərbaycanda Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb. Milli.Az xəbər verir ki, saat 09:00-da Təzəpir məscidində bayram namazı qılınıb. Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Milli.Az