Modriçlə bağlı azarkeşlərə pis XƏBƏR

"Milan" və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatından sonra aktiv futbolçu karyerasını başa vurmağı planlaşdırır. Milli.Az Trend -ə istinadən bildirir ki,  40 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Məlumata görə, tərəflər müqavilənin müddətini artırmaq niyyətində deyillər. Modriç "Milan"da 37 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib. Milli.Az