Şuşadakı bayram namazından — Fotolar

Şuşada Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb. Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında dualar edilib, Azərbaycan xalqı və dövləti üçün əmin-amanlıq arzulanıb. Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər yad olunub, ruhlarına dualar oxunub. “Qafqazinfo” AZƏRTAC-a istinadən bayramı namazından fotoları təqdim edir: