Göyçayda ağır qəza — Ölənlərin sayı artdı-Yenilənib

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində qəza baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 14 radələrində qeydə alınıb. Qəza zamanı “Opel” , “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə yeniyetmə sərnişin - 2012-cı il təvəllüdlü E.Feyzullayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir neçə nəfər yaralanıb. DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. *** Qəzada ölənlərin sayı artıb. Belə ki, daha bir nəfər - 56 yaşlı Hüseyn Salahov həyatını itirib. Hadisə zamanı yaralananların adı da məlum olub. Onlar 58 yaşlı İmran Əmrahov, 62 yaşlı Mehriban Əmrahova, 2016-cı il təvəllüdlü L. Feyzullayevadır. Yunis Quliyev