Azərbaycan millisi AÇ-də mübarizəyə başlayır

Bu gün Azərbaycanın minifutbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. “Qafqazinfo” xəbər verir ki, yığmamız Avstriya yığması ilə qarşılaşacaq. F qrupunun matçı “Tipos Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Qeyd edək ki, Azərbaycan millisi mayın 29-da İtaliya, mayın 30-da Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.