Ömrü də, məktəbi də yarımçıq qalan Elmiranın — Fotosu

Xəbər verdiyimiz kimi , ötən gün Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində qəza baş verib. “Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, vəfat edən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisə nəticəsində ömrü də məktəbi kimi yarımçıq qalan Elmiranın fotosunu təqdim edirik: