"Evlilik təklifi"nə qızın reaksiyası TƏNİD EDİLDİ - VİDEO

Lentə alınan evlilik təklifi anları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, yayılan görüntülərdə gənc bir oğlanın sevgilisinə evlilik təklifi etdiyi, qızın isə "hə" cavabı verdiyi görünür. Lakin onun reaksiyasının kifayət qədər soyuq və emosiyasız olması izləyicilərin diqqətini çəkib. Kadrlarda qızın təklif zamanı demək olar ki, yerində hərəkətsiz qalması və zəif reaksiya verməsi sosial media istifadəçiləri arasında fərqli fikirlər yaradıb. Bəziləri bu davranışı təbii həyəcan kimi qiymətləndirib, digərləri isə münasibətin emosional baxımdan səmimi görünmədiyini iddia ediblər. Qısa zamanda yayılan video minlərlə baxış toplayaraq sosial platformalarda müzakirə mövzularından birinə çevrilib. Musa Milli.Az