Renat Dadaşov klubsuz qaldı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın "Motor" klubundan ayrılır. Milli.Az Trend -ə istinadən bildirir ki, bu barədə Lublin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 27 yaşlı hücumçu ilə iyunun 30-da başa çatacaq müqavilənin müddəti uzadılmayacaq. Qeyd edək ki, "Motor" klubuna ötən ilin iyul ayında qoşulan Renat Dadaşov bu komandanın heyətində 22 oyun keçirib. Milli.Az