Zelenskinin Trampa məktubu CAVABSIZ QALDI

Ukrayna lideri Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Tramp və Konqresə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı göndərdiyi məktub Vaşinqton tərəfindən cavabsız qalıb. Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə NBC Nyus məlumat yayıb. "Məktubla bağlı ABŞ tərəfindən dərhal heç bir şərh verilməyib. Zelenski bildirib ki, məktub çərşənbə axşamı Vaşinqtondakı qurumlara çatdırılıb", - məlumatda deyilib. Milli.Az