Rusiyada Ermənistan istehsalı suyun satışı dayandırıldı
Rusiyanın istehlakçı hüquqlarına nəzarət qurumu məhsullarda aşkar edilən uyğunsuzluqlara görə daha 64,5 milyon ədəd "Cermuk" mineral suyunun satışını dayandırıb. Milli.Az xəbər verir ki, məlumata görə, yoxlamalar zamanı məhsullarda icazə verilən normadan artıq bikarbonat ionları, xloridlər və sulfatlar aşkarlanıb. Rəsmilər bildiriblər ki, bu vəziyyət istehlakçılarda suyun müalicəvi xüsusiyyətləri ilə bağlı yanlış təsəvvür yarada və sağlamlıq üçün risk daşıya bilər. Qərar əsasında məhsulların satışı etiketləmə və izləmə sistemi vasitəsilə bloklanıb. Qeyd olunub ki, bu, "Cermuk" markasına qarşı tətbiq edilən ilk məhdudiyyət deyil. Fidan Milli.Az

Şərh verin