Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir
Astana şəhərinə (Qazaxıstan) Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası keçirilir. Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Şuranın iclasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan iştirak edirlər. İclasda həmçinin Avrasiya İqtisadi Komissiyasının sədri Bakıtjan Saqintayev də yer alır. Yüksək səviyyəli qonaqları Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Qeyd edək ki, Qazaxıstan bu il Avrasiya İqtisadi İttifaqı (Aİİ) orqanlarına - Avrasiya İqtisadi Komissiyası Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Ali Avrasiya İqtisadi Şurasına sədrlik edir. Milli.Az

Şərh verin