Argentina DÇ-2026 üçün heyətini açıqladı — Messi siyahıdadır

Son dünya çempionu Argentina milli komandasının DÇ-2026 üçün yekun heyəti rəsmən açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Lionel Skaloni dünya çempionatında titulu qorumaq üçün heyətə 26 futbolçunun adını daxil edib. Komandaya dünya ulduzu Lionel Messi rəhbərlik edəcək. DÇ-2026-da çıxış edəcək Argentina millisinin tam heyəti aşağıdakı kimidir: Qapıçılar: Emiliano Martines (“Aston Villa”), Xuan Musso (“Atletiko Madrid”), Xeronimo Rulyi (“Marsel”). Müdafiəçilər: Nauel Molina (“Atletiko Madrid”), Qonsalo Montiel (“River Pleyt”), Kristian Romero (“Tottenhem”), Leonardo Balerdi (“Marsel”), Lisandro Martines (“Mançester Yunayted”), Nikolas Otamendi (“Benfika”), Nikolas Talyafiko (“Lion”), Fakundo Medina (“Lans”). Yarımmüdafiəçilər: Leandro Paredes (“Boka Xuniors”), Covani Lo Çelso (“Betis”), Rodriqo De Paul (“İnter Mayami”), Tiaqo Almada (“Atletiko Madrid”), Esekyel Palasios (“Bayer”), Nikolas Qonsales (“Yuventus”), Niko Pas (“Komo”), Aleksis Mak Allister (“Liverpul”), Enso Fernandes (“Çelsi”), Valentin Barko (“Strasbur”). Hücumçular: Xulian Alvares (“Atletiko Madrid”), Lionel Messi (“İnter Mayami”), Lautaro Martines (“İnter”), Xose Manuel Lopes (“Palmeyras”), Culiano Simeone (“Atletiko Madrid”). Qeyd edək ki, Argentina yığması turnirin final mərhələsində J qrupunda Əlcəzair, İordaniya və Avstriya milliləri ilə mübarizə aparacaq.