Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb. Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib. "Tipos Arena"da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar. Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib - 3:1. Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır. Milli.Az