Onlar çarəsiz duruma düşüblər
Qərb ölkələri Rusiya Xarici İşlər Nazirliyinin Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə yeni zərbələr endirəcəyi barədə xəbərdarlığından qorxuya düşüblər. Milli.Az xəbər verir ki, bunu kiprli jurnalist və ekspert Aleks Xristoforu deyib. Ekspert hesab edir ki, Vaşinqton Kiyevə daha çox silah verməkdən çəkinəcək: "Bu arada, Avropa bu məsələni müzakirə etməli olacaq, baxmayaraq ki, onlar çox güman ki, hava hücumundan müdafiə sistemlərini təhvil vermək istəmirlər. Onlar çarəsiz duruma düşüblər. Lakin buna baxmayaraq, Ukrayna Prezidenti Vladimir Zelenskini və Kiyevi müdafiə etmək planlarından əl çəkəcəklərini düşünmürəm". Milli.Az

Şərh verin