Məktəbə telefon gətirən şagirdlərlə bağlı VACİB XƏBƏR
Son zamanlar məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi ilə bağlı məsələ tez-tez gündəmə gəlir. Milli.Az xəbər verir ki, mövcud qaydalara əsasən, şagirdlərin məktəbə mobil telefon, ağıllı saat və digər elektron cihazlar gətirməsi, eləcə də dərs zamanı onlardan istifadə etməsi məqsədəuyğun hesab edilmir. Lakin müəllim hər hansı dərsdə elektron cihazlardan istifadəni nəzərdə tutursa, bu barədə valideynlər əvvəlcədən yazılı şəkildə məlumatlandırılmalı və cihazların təhlükəsiz saxlanılması təmin edilməlidir. Qaydalara görə, valideyn övladına məktəbə gedib-gələrkən əlaqə saxlamaq məqsədilə telefon və ya digər elektron cihaz verərsə, həmin cihazlar dərs gününün sonuna qədər məktəb tərəfindən təhlükəsiz şəkildə qorunmalıdır. Eyni zamanda, dərs saatları ərzində bu cihazların şagirdlərə təqdim edilməsinə icazə verilmir və onlar yalnız tədris günü başa çatdıqdan sonra geri qaytarılmalıdır. Asya Milli.Az

Şərh verin