Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Milli.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 31-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava müşahidə olunacaq. Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi azalacaq. Belə ki, magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Milli.Az