2 iyunda eyni anda 3 məkanda böyük açılış! — Dünyanın ən məşhur sendviçləri artıq şəhərimizdə! - Fotolar

Bakının restoran xəritəsi yenilənir! “Qafqazinfo” xəbər verir ki, dünyanın ən məşhur restoran brendlərindən biri olan “Subway” 2 iyun tarixində rəsmi olaraq Azərbaycanda fəaliyyətə başlayır. Paytaxt sakinləri qlobal ləzzətləri məhz “ Təptəzə ” konsepti ilə dadacaqlar. “Subway”in Bakıdakı ilk ünvanları eyni anda 3 mərkəzi nöqtəni əhatə edəcək. “Caspian Plaza ” biznes mərkəzində, Elmlər Akademiyası metrostansiyası yaxınlığında və “ Ağ Şəhər”də yerləşən restoranlar müştərilərin xidmətində olacaq. Şəhərin ən böyük ticarət mərkəzlərindən biri olan “Gənclik Mall” isə brendin növbəti ünvanlarından olacaq. Qeyd edək ki, Azərbaycan “Subway”in yeni və modern dizayn konsepti olan “Fresh Forward 2.0”ın tətbiq olunduğu ilk ölkələrdən biridir. Müasir interyer həlləri, daha rahat qonaq təcrübəsi və innovativ xidmət elementləri ilə seçilən bu konsept brendin gələcəyə yönəlmiş inkişaf strategiyasını əks etdirir. Yeni brendin Azərbaycana gəlişi həm də yeni iş yerlərinin yaradılması deməkdir. İlk üç restoranın fəaliyyətə başlaması ilə birlikdə ümumilikdə 60 nəfərədək əməkdaş işlə təmin olunacaq ki, bu da şirkətin məşğulluğun artırılmasına verdiyi töhfənin göstəricisidir. “Subway”in əsas fərqi seçim sərbəstliyidir. İstər yüngül salatlara üstünlük verin, istərsə də doyumlu ətli sendviçlərə – burada hər şey sizin gözünüzün önündə və seçdiyiniz inqrediyentlərlə hazırlanır. Bakıda təzə, sürətli və rahat qidalanma üçün yeni ünvan artıq məlumdur!