Gəncədə güclü külək ağacları aşırdı — Fotolar

Gəncədə ötən gecədən başlayaraq güclü külək nəticəsində şəhər ərazisində təxminən 10-a yaxın irigövdəli ağac aşıb. “Qafqazinfo” xəbər verir ki, şəhərdə əsən küləyin gücü 20-30 m/san olub. Əraziyə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ( MKTİB) işçiləri cəlb olunub. Küləyin törətdiyi fəsadlar aradan qaldırılmasına başlanılıb. Belə ki, bu gün səhər saatlarından başlayan işlərə MKTİB-nin texnikası cəlb edilərək qırılan ağaclar hadisə yerindən yığışdırılıb. Aşma ehtimalı olan ağaclar zərərsizləşdirilib. Hazırda MKTİB-nin canlı qüvvə və texnikası təhlükə yaradan ağacların budanma işlərini davam etdirirlər. Yunis Quliyev