“Toyota Prius” 15 yaşlı qızı vurdu - FOTO

Mingəçevirdə 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı Q. Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb. Milli.Az